Əsas Səhifə PROFİL PINLIGHT VIP
Mağaza

Teymur Aliyev 25/v


PINLIGHT – Evinizin nuru! Zərifliyin və gözəlliyin simvoluna çevrilmiş «PINLIGHT» mağazası daim yeni işləri ilə sizlərə və evinizə sevinc bəxş edir. Ondan yenilik gözləyənləri gözəlliyə qərq edir. Bu məkanda peşəkar əməyin nəticəsi olan «Swarowski» nümunələrinə biganə qalmaq qeyri-mümkündür. «Swarowski» büllurunun hər üç növündən hazırlanmış modern, klassik və avanqard tərzdə çilçıraq, bra, torşer, spot və müxtəlif aksessuarları xüsusi zövqlə seçilirək alıcılarımıza təqdim olunur. İtaliya, İspaniya, Almaniya, Avstriya, Hollandiya istehsalı olan bu çilçıraqların evinizə gözəllik və zəriflik bəxş edən işığı könlünüzü isidəcək. «Swarowski» büllurun vətəni sayılan Avstriyadan cox zərif, incəvə xüsusi bir formada hazırlanan çilçıraqlar, niderlandiyalı William Brand və Annet van Egmondun və digər məşhur dizaynerlərin sizlər üçün hazırladıqları ekskluziv əl işləri heyrət doğuracaq.Avropadan gətirdiyimiz bu aksessuarlarda peşənin incəsənətə döndüyü anı müşahidə edəcəksiniz. Bundan başqa, mərmərin vətəni sayılan İspaniyadan gətirilmiş, istənilən ölçü və formada oyma üsulu ilə hazırlanmış çilçıraqlar sizlərdə xoş təssürat oyadacaq. Sevgi zəriflikdir, zəriflik zövqdür. Zövq peşəkarlıqdır, peşəkarlıq isə «PINLIGHT» -dadır. Sizi satış-sərgi salonlarımızda görməyə həmişə şadıq və əminik ki, arzularınızın çilçıraqlarını bizdə tapacaqsınız cünki biz bütün zövqləri nəzərə almışıq ki, hec kimi biganə qoymayaq.