Əsas Səhifə PROFİL ADPRO.az
Mağaza
  • Tel.: +994 12 404 25 10 Mob: +994 50 275 99 77 Mob.: +994 70 201 15 61

  • info@adpro.az

Azərbaycan, Bakı, Masazır qəsəbəsi, Əliağa Vahid 233, "Bazarstore"-un qarşısı (Duzlu gölün kənarı)


ADV Production – müxtəlif növ və ölçüdə olan kreativ metal və taxta məmulatlarının istehsalı, hazırlanması və quraşdırılması ilə bağlı bir studiyadır. Bizim mütəxəssislərimiz insanların zövqünü oxşayan, onları əhatə edən məkanın daha rahat və gözəl olması üçün lazım olan kreativ bağ və ev mebelləri, kreativ küçə mebelləri, park və bağlar üçün işıqlandırma vasitələri, kiosk, müxtəlif pavilyonlar, inşaat və dekorativ konstruksiyaların istehsalı ilə məşğuldurlar. Qeyd olunanlardan əlavə, texniki imkanlarımız da bizə imkan verir ki hər bir sifariş olunan məhsulu istehsal edib müştərilərimizə təqdim edək. İstehsal etdiyimiz məhsulların keyfiyyətinə, dayanıqlığına, standartlara cavab verməsinə təminat veririk. Bu sahədə çalışan mütəxəssislərimiz öz pəşəkarlıqları ilə seçilirlər və bunun nəticəsidir ki, keyfiyyətli məhsul istehsal etməklə yanaşı hər bir müştəri ilə fərdi qaydada işləmək günümüzün əsas tələbinə çevrilmişdir. Biz öz işimizi sevirik və o məmulatları istehsal etməkdən zövq alırıq ki, həmin məmulatlar uzun müddət insanlara yüksək keyfiyyətlə xidmət etmiş olsun. Məhz bu səbəbdən də biz, əməkdaşlıq üçün əlverişli şərtlər yaradırıq ki, hər zaman alıcılarımızı məhsullarımızla sevindirmək imkanımız daha geniş olsun.