Əsas Səhifə PROFİL Homa electronics
Mağaza

Azərbaycan, Bakı şəhəri, Xan Şuşinski küç. 49 Azərbaycan, Bakı şəhəri, Balababa Məcidov küç. 47


Homa Electronics şirkəti Azərbaycanda məişət texnikası bazarında yeni qurulmuş, amma kifayət qədər təcrübəli komanda ilə çalışan şirkətdir. 2017-cı ildən fəaliyyətinə başlamasına baxmayaraq qısa zaman ərzində müştərilərin etibarını qazanaraq və hər növ məişət, elektrotexnika məhsullarının satışında aparıcı yerlərdən birini tutur. Şirkətimiz Sky Berg, Electrolux, Zanussi, AEG, Babyliss, Novella şirkətlərinin rəsmi distribyutorudur. Bundan əlavə şirkətimiz dünya brendləri kimi tanınan Samsung, LG, Hotpoint Ariston, Hisense, Panasonic, Polaris, Vitek, Braun, Kenwood, Delonghi, Maxwell, Sharp, Midea, Xiaomi, Huawei, ACER, ASUS, Canon, Moto, Lenovo, Redmond şirkətləri ilə əməkdaşlıq edir və geniş çeşidli məhsullarının satışını təşkil edir. HOMA Electronics mağazalar şəbəkəsi yüksək ixtisaslı, müxtəlif sahələrdə perspektivli, peşəkar kadrların bacarıq və məhsuldarlığı ilə daima müştərilərinə yüksək xidmət göstərməkdə davam edir. Mağazalarımızda son dövrlərin tələblərinə cavab verən müasir məişət texnikaları, elektronika məhsulları satışını həyata keçirməklə yanaşı müştərilərə satış sonrası aldıqları məhsulları sürətli ünvana çatdırılma, quraşdırma və texniki xidmət də göstərilir. Bizim mağazalar şəbəkəsində siz ancaq yüksək keyfiyyətli, dünya standartlarına cavab verən, münasib qiymətlərlə məhsullar ala bilərsiniz. Homa Electronics-də arzuladığınız məhsullara həm nağd, həm də sərfəli hissə-hissə ödəniş şərtlərilə, ilkin ödənişsiz, arayışsız, tək şəxsiyyət vəsiqəsilə sahib olmaq imkanınız var.