Əsas Səhifə PROFİL New Concept
Mağaza

Bül-Bül pr. 60-62 Gülüstan Rezidens


New Concept şirkətinin fəaliyyətinin əsas istiqamətləri yaşayış və ictimai obyektlər üçün dünyada tanınmış İtaliya, İspaniya, Portuqaliya, Almaniya, Belçika, Hollandiya və Çin istehsalçılarından təmir və üzlük materiallarının idxalı və satışından, həmçinin dizayn və təmir-tikinti üzrə professional xidmətlərin göstərilməsindən ibarətdirlər. İstehsalçı fabriklərlə birbaşa əməkdaşlıq etdiyimizdən, biz müştərilərimizə ən sərfəli qiymətlər təklif edirik. Şirkətimizin peşəkar əməkdaşları sizin dizayna uyğun olaraq müvafiq interyer və eksteryerə aid materialların seçimində məsləhətlər verir və təmir-tikinti prosesində müəllif nəzarətini həyata keçirirlər. Bizə müraciət etdikdə siz ən əlverişli qiymətlə keyfiyyətli təmir və üzlük materialları, xüsusi endirimlər, yüksək səviyyəli xidmət və peşəkar dizayn məsləhəti əldə edəcəksiniz. Öz fəaliyyətində New Concept şirkəti aşağıdaki prinsipləri irəli tutur: məsuliyyət, peşəkarlıq və hər bir müştəriyə fərdi yanaşma.