Əsas Səhifə PROFİL Fiberstone LLC
Mağaza

Nəsimi rayonu, Alatava 2, Döngə 12


2017-ci ilin əvvəlində fəaliyyətə başlayan “Fiberstone” MMC şüşəlifli betonun (fibrobeton) istehsalı üzrə ixtisaslaşmışdır. Fabrikimiz tərəfindən hazırlanan fərqli xüsusiyyətli məhsul nəinki Azərbaycanda, həmçinin avropa ölkələrində də geniş istifadə olunur. Bizim material bərpa işləri və incə divarlı qeyri-standart daş strukturları üçün ideal seçimdir. “Fiberstone” MMC müştərilərə layihələrin aparılması, çatdırılma və quraşdırılma, həmçinin “açar təhvili” üsulu ilə fəaliyyət göstərir. Tikililər üçün üçölçülü (3D) layihələrin işlənib hazırlanmasına daxil olan xidmət dəstini təqdim edən şirkətimiz, müştərilərimizin tələbatlarını ödəməyi qarşısına məqsəd qoyur. Fasad panellərinin və dekorativ fasad konstruksiyalarının quraşdırılması zamanı peşəkar memar qrupu tərəfindən təklif edilən alternativ fasad variantları, müştərilərimizin üstünlük verdikləri layihələrin işlənib hazırlanmasına xidmət göstərir.