Əsas Səhifə PROFİL Razenni
Mağaza
  • Tel: +994 12 565 44 99 Mob: +994 50 500 44 99 Qaynar xett: *4499

  • info@razenni.com

Əhməd Rəcəbli, 19Q

Xəritə


2003-cü ildən fəaliyyət göstərən “RAZENNİ” mebel fabriki bu gün Azərbaycan mebel bazarında öz sözünü uğurla demiş şirkətlərdən biridir. Bu müddət ərzində şirkətdə böyük dəyişikliklər baş vermişdir. Şirkət müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı işlər gömüşdür. Məhsullarımızın çeşid çoxluğu, dizayn xidmətlərimiz, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülük kimi prinsiplər “RAZENNİ” şirkətinə məhsullarını ölkə bazarında təklif etməyə daha yaxşı zəmin yaradır. Evinizdə və ya ofisinizdə komfortlu mühitin yaradılması təcrübəli mütəxəssislərimiz və geniş texniki imkanlarımız sayəsində mümkündür. Dizaynerlər mebel, rəng və üslub seçimində müxtəlif təkliflərini təqdim edir, mebelin yerləşdirilməsi formalarını işləyib hazırlayırlar. Şirkətimiz tərəfindən istehsal olunan hər bir məhsul növünə 1 il zəmanət verilir. Bir şirkət kimi müştərilərimizin rahatlığı fəaliyyətimizin təməl prinsiplərindən biridir. Missiyamız - Daha rahat, daha zövqlü və daha keyfiyyətli məhsullar təqdim etmək. Dəyərlərimiz: Dürüstlük; Səmərəlilik və Təşəbbüskarlıq; Peşəkarlıq və yaradıcılıq; İnam və məsuliyyətlilik; “RAZENNİ” şirkətini digər şirkətlərdən fərqləndirici xüsusiyyətləri: Tərəfdaşlarının qayğısına qalan şirkət; Məhsullarımızı istehsal edərkən istehlakçıya təqdim etmək istədiyimiz sadəcə mebel deyil. Mebellə birlikdə biz onlara Funksionallıq, Rahatlıq və Gözəllik təqdim edirik. Bu dəyərlər fəaliyyətimizin və təqdim etdiyimiz keyfiyyətin təməl prisipləridir. Funksionallıq, Rahatlıq və Erqonomiklik Dizayner və Konstruktorlardan ibarət bu komanda şirkətə mebel modellərinin layihələndirilməsində və modelin istehsala təqdimi prosesində iştirak edirlər. Mebel istehsalı prosesinin hər bir mərhələsində, xammal alışından başlayaraq məhsulların paketlənməsinə qədər bütün proseslər ciddi keyfiyyət nəzarətindən keçir. Sizin üçün istehsal edirik. Sizin xidmətinizdəyik! Çatdırılma və quraşdırılma Mebelin çatdırılması və quraşdırılması xüsusi təlim keçmiş montaj qrupumuz tərəfindən operativ şəkildə, peşəkar səviyyədə və ən qısa müddətdə fabrikimizdən, sifarişçi tərəfindən göstərilmiş ünvana (ev və digər) daşıması və quraşdırılması nəzərdə tutulur. Mebelin ünvana çatdırılması və quraşdırılması Şirkətimiz tərəfindən ödənişsiz həyata keçirilir.