Əsas Səhifə PROFİL Dəvəli ASC
Mağaza
  • Phone: +994 12 431 99 09, +994 50/55 409 47 47 Fax: +994 12 430 82 26

  • [email protected]

Yuxarı dairəvi 212, 2-ci alatava


"DƏVƏLİ" ASC “Dəvəli” çoxsahəli bir istehsalat müəssisəsidir. Burada müxtəlif sahələr üzrə bacarıqlı mütəxəssislər: məhşur rəssamlar, nəqqaşlar, daşyonanlar, heykəltəraşlar, metal işləri üzrə ustalar, dəzgah və avadanlıqlar üzrə mühəndislər çalışırlar. Cəmiyyətin öz gücü ilə Abşeron yarımadasında, Bakıdan 70-80 km. aralıda yerləşən Gülbax (Güldağ) dağındakı karxanalardan daşları blok şəklində çıxarılıb istehsal sexlərinə gətirilir və müxtəlif növ məmulatlar hazırlanır. Tərkibi 70-80% kalsium karbonatdan ibarət olan və tərkibində digər kimyəvi komponentlər olmayan Gülbax daşı binaların arxitektur, klassik və modern üslubda üzlənməsində, pilləkan məhəccərlərinin sürahi və balyansların hazırlanmasında geniş istifadə olunur. Azərbaycanda istehsal olunan daşların bütün növləri ilə yanaşı “Dəvəli” ASC digər xarici ölkələrdən; Ukrayna Respublikasından, Rusiya Federasiyasından, İran İslam Respublikasından, Çin Xalq Respublikasından, Cənubi Afrikadan, Hindistandan, Braziliyadan, Türkiyədən, İtaliyadan, İspaniyadan, Yunanıstandan, Malayziyadan, Vietnamdan, Pakistandan, Əfqanıstandan, Dubaydan, Misirdən, Zimbabvedən və s. ölkələrdən müxtəlif çeşidli qranit və mərmər daşları, xammal, yarımfabrikat və hazır məhsul şəklində mallar alır. Şirkət hal-hazırda Azərbaycanda mərmər-qranit və təbii daş emalı sahəsində bazar payına görə lider şirkətlərdən biridir.