Əsas Səhifə PROFİL Zadagan
Mağaza

WORLD BUSINESS CENTRE, SƏMƏD VURĞUN KÜÇ.43, AZ1014, BAKI, AZƏRBAYCAN


“ZADAGAN – qədim əsrlərin ismarıcını yeni nəsillərə ötürür.” ZADAGAN – zərifliyi ilə seçilən, nəfisliyi göz oxşayan, ev üçün tekstil məhsullarını təqdim edən unikal Azərbaycan brendidir.Məqsədimiz - Azərbaycanın zəngin ənənələrini, unudulmuş adətlərini, tarixi və milli dəyərlərimizi hər evdə canlandırmaq və qorumaqdır. Təqdim etdiyimiz məhsullar sizə və ailənizə rahatlıq gətirəcək, ocağınızın hənirtisini artıracaq, qəlbinizi sevinc hissləri ilə dolduracaq. Missiyamız – mədəni irsimizdən bəhrələnib, özündə ailə birliyini, Azərbaycanın zəngin ənənələrini, ulu qüvvət olan mədəniyyətimizin böyüklüyünü birləşdirən bir-birindən gözəl və maraqlı məhsulları yaradıb, evinizə gətirməkdir. Kreativ dizayner komandamız tərəfindən yaratdığımız hər kolleksiya təkrarolunmazdır, qədim Azərbaycanın tarixinə və zəngin mədəniyyətimizə balaca bir səyahətdir. ZADAGAN nəfisliyi ilə interyerinizi bəzəyəcək, naxışlarının incəliyi ilə sizi valeh edəcək və qonaqlarınıza bu evə yüksək zövqün hakim kəsildiyi ismarıcını verəcək süfrələrimiz və digər ev tekstil məhsullarımızla görüşünüzə gəlir. Hərəsi bir incəsənət nümunəsi olan və müəyyən tarixi hadisənin daşıyıcısına çevrilən, ətrafına toplananlara birlik, bol ruzi-bərəkət və xoşbəxtlik diləyən süfrələrimiz və onların kiçik ölçülü nümunəsi olan əl dəsmalları dəst halında yaxınlarınızın şad günlərində çox özəl və zərif hədiyyə ola bilər. Bizimlə inkişaf edib, püxtələşmək, ölkəmizi tanıdıb, dərin zəka və yüksək mədəniyyətinin nümunəsi olan məmulatlarımızı təbliğ etməyə, yenilikləri birlikdə yaratmağa hazırsınızsa – QARŞILAYIN, ZADAGAN EVİNİZƏ GƏLİR!